Zərdabda oğul
Hadisə
1311
06 Aug 2026 | 17:17

Zərdabda oğul "Mercedes"i dirəyə çırpdı, anası öldü

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az-ın məlumatına görə, hadisə rayonun Məlikumudlu kəndi ərazisində qeydə alınıb.
 
Rayon sakini, 1984-cü il təvəllüdlü Rəşad İsmayılov "Mercedes-Benz" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, sürücünün anası, 1954-cü il təvəllüdlü Güləbatın İsmayılova hadisə yerində ölüb, R.İsmayılov və digər iki sərnişin ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı araşdırmalar aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər