Bakıda ofis yandı
Hadisə
1311
06 Aug 2026 | 10:50

Bakıda ofis yandı

Bakı şəhəri, Nərimanov rayonu, Nadir Əliyev 5 ünvanında yerləşən dördmərtəbəli mansard tipli binada yanğın baş verib.
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının dördmərtəbəli mansard tipli binanın ikinci mərtəbəsində yerləşən ofisdə baş verdiyi məlum olub.
 
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
Binada köməksiz vəziyyətdə qalmış bir nəfər vətəndaş yanğınsöndürənlər tərəfindən xilas olunub.
 
Yanğın nəticəsində ümumi sahəsi 90 m² olan beşotaqlı ofisin bir otağı 30 m² sahədə və otaqdakı digər əşyalar yanıb.
 
Ofisin digər otaqları və binadakı başqa obyektlər yanğından mühafizə olunub.
 
Xəsarət alan olmayıb.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər