Bakıdakı məşhur ticarət mərkəzində faciəli şəkildə ölən şəxs usta imiş
1330
06 Aug 2026 | 10:13

Bakıdakı məşhur ticarət mərkəzində faciəli şəkildə ölən şəxs usta imiş

Bakıda ticarət mərkəzində liftin qırılması nəticəsində ölən şəxsin kimliyi məlum olub.
 
Moderator.az bildirir ki, hadisə dünən paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən "Laçın" ticarət mərkəzinin şaxtasında baş verib. 1962-ci il təvəllüdlü Namiq Məmmədov liftin şaxtasına düşərək ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, orada ölüb.
 
Məlumata görə, N.Məmmədov Bakı Lift İdarəsinin mexaniki olub və həmin vaxt o, ticarət mərkəzinin liftini təmir edirmiş. Hadisə zamanı liftdə nasazlıq yaranıb və N.Məmmədov şaxtaya düşüb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər