Gəncədə restoran qarşısında başlayan kütləvi dava qanla bitib - FOTO
1439
06 Aug 2026 | 07:51

Gəncədə restoran qarşısında başlayan kütləvi dava qanla bitib - FOTO

Gəncə şəhərində restoran qarşısında başlayan kütləvi dava qanla bitib.

Dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişib.

Bundan başqa 1995-ci il təvəllüdlü Rahib Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və onun həmyaşıdı Azamat Peşerskiy bıçaq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

Qətli törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü M. Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma başlanılıb. (report)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər