Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO
3483
27 Jun 2026 | 23:30

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Valideynləri Güney Azərbaycanın Təbriz şəhərindən mühacirət etmiş İsveçin iqlim və ətraf mühit naziri Romina Purmuxtari Lüksemburqda keçirilən Avropa İttifaqının Nazirlər Şurasının iclasına üçaylıq oğlu Adam ilə birlikdə qatılıb.

Moderator.az xəbər verir ki, Aİ Şurasının məlumatına görə, bu, Avropa İttifaqı ölkələrinin nazirlərinin rəsmi iclasında bir körpənin iştirak etdiyi ilk hadisədir.

Xanım Purmuxtari bildirib ki, o, qadınların karyera ilə analıq arasında seçim etmək məcburiyyətində qalmamalı olduğunu nümayiş etdirmək istəyib.

Nazir bu yaxınlarda analıq məzuniyyətindən qayıdıb, onun həyat yoldaşı isə hazırda özü belə məzuniyyətdədir və səfərdə onu müşayiət edib.

Qeyd edək ki, İsveç hər iki valideynin uşaq baxımında aktiv iştirakını nəzərdə tutan, ən yüksək səviyyədə inkişaf etmiş ödənişli valideyn məzuniyyəti sisteminə malik ölkələrdən biri sayılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər