Hərbi ekspertdən media əməkdaşlarına xəbərdarlıq
Gündəm
5180
08 Oct 2015 | 15:51

Hərbi ekspertdən media əməkdaşlarına xəbərdarlıq

“Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, hərbi ekspert Üzeyir Cəfərov Moderator.az-a açıqlamasında Azərbycan mətbuatında yer alan bəzi informasiyalarla bağlı narahatlığını ifadə edib və media nümayəndələrini ehtiyatlı olmağa səsləyib:

“Azərbaycan mətbuatında Suriya ilə bağlı yazılarda kobud səhvlərə yol verilir. Məsələn, vurğulanır ki, İŞİD-i vuran rus gəmisinin kapitanı azərbaycanlıdır. Rusiyanın gəmi kapitanının azərbaycanlı olmasını vurğulamağın nə mənası var? Belə təəssürat yaranır ki, faktiki olaraq guya bu gün Azərbaycan Suriyaya hansısa savaç açıb. Əslinə qalsa, Azərbaycanın bu məsələlərə heç bir qarışacağı yoxdur. “Dağıstan” gəmisinin II dərəcəli kapitanının azərbaycanlı olması, ümumiyyətlə Xəzərin adının vurğulanması, hesab edirəm ki, təhlükəli president yarada bilər. Buna görə də biz bu məsələlərdə diqqətli və ehtiyatlı olmalıyıq”.

 

Seymur Əliyev

 

Link kopyalandı!
Son xəbərlər