“Rusiya açıq şəkildə PKK-ya dəstək verir”
Gündəm
7843
05 Oct 2015 | 00:55

“Rusiya açıq şəkildə PKK-ya dəstək verir”

Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlar, xüsusilə də Türkiyə sərhəddini bombalaması rəsmi Ankaranın ciddi etirazına səbəb olub. Lakin Türkiyə və Qərbin bütün narahatlığına baxmayaraq, Rusiya Suriyada hərbi aktivliyini artırmaqda davam edir ki, bu da Kremlin hələ uzun müddət bölgədə qalmaq niyyətində olduğunu göstərir.

Maraqlıdır, Rusiyanın Suriyadakı hərbi mövcudluğu Türkiyəyə nə vəd edir? Rusiyanın Türkiyə ilə sərhəddi bombalaması Moskvanın Türkiyə və onun NATO-dakı müttəfiqlərinə əzələ nümayişi hesab edilə bilərmi?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli Rusiyanın bölgədəki mövcudluğunun Türkiyə üçün arzuedilən olmadığını vurğuladı:

“Suriyaya Rusiyanın gəlişi, Türkiyənin sərhəddində olması Türkiyə üçün arzuedilən bir şey deyil. Rusiya indi açıq şəkildə terror təşkilatı olan PKK-ya dəstək verir. Axı PKK elə sovet-rus məhsuludur. PKK-nı vaxtiylə KQB yaradıb. Sonra sovetlər dağıldığı üçün PKK-nın müştəriləri çoxalıb. Buna baxmayaraq, əsas pay sahiblərindən biri hələ də ruslardır. Türkiyənin Rusiyaya qarşı istifadə edəcəyi variantları çoxdur. Bundan necə istifdə edəcəyini zaman göstərəcək. Nəzərə alsaq ki, Rusiyanın əhlisinin xeyli hissəsi türklər və müsəlmanlardır, iqtisadi vəziyyət də olduqca çətindir, belə şəraitdə Türkiyə də qısa zamanda ordakı türk-müsəlmanlaı örgütləyər. Bu məsələdə Səudiyyə Ərəbistanı və Qatar da dəstək verərələr”.

 

Seymur Əliyev

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər