Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlar, xüsusilə də Türkiyə sərhəddini bombalaması rəsmi Ankaranın ciddi etirazına səbəb olub. Lakin Türkiyə və Qərbin bütün narahatlığına baxmayaraq, Rusiya Suriyada hərbi aktivliyini artırmaqda davam edir ki, bu da Kremlin hələ uzun müddət bölgədə qalmaq niyyətində olduğunu göstərir.
Maraqlıdır,
Rusiyanın Suriyadakı hərbi mövcudluğu Türkiyəyə nə vəd edir? Rusiyanın Türkiyə
ilə sərhəddi bombalaması Moskvanın Türkiyə və onun NATO-dakı müttəfiqlərinə əzələ
nümayişi hesab edilə bilərmi?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli
Rusiyanın bölgədəki mövcudluğunun Türkiyə üçün arzuedilən olmadığını vurğuladı:
“Suriyaya
Rusiyanın gəlişi, Türkiyənin sərhəddində olması Türkiyə üçün arzuedilən bir şey
deyil. Rusiya indi açıq şəkildə terror təşkilatı olan PKK-ya dəstək verir. Axı
PKK elə sovet-rus məhsuludur. PKK-nı vaxtiylə KQB yaradıb. Sonra sovetlər dağıldığı
üçün PKK-nın müştəriləri çoxalıb. Buna baxmayaraq, əsas pay sahiblərindən biri
hələ də ruslardır. Türkiyənin Rusiyaya qarşı istifadə edəcəyi variantları
çoxdur. Bundan necə istifdə edəcəyini zaman göstərəcək. Nəzərə alsaq ki,
Rusiyanın əhlisinin xeyli hissəsi türklər və müsəlmanlardır, iqtisadi vəziyyət
də olduqca çətindir, belə şəraitdə Türkiyə də qısa zamanda ordakı türk-müsəlmanlaı
örgütləyər. Bu məsələdə Səudiyyə Ərəbistanı və Qatar da dəstək verərələr”.
Seymur
Əliyev