“Atəşkəs Rusiyanın sifarişi ilə pozulur”x9d
Gündəm
5124
01 Oct 2015 | 11:21

“Atəşkəs Rusiyanın sifarişi ilə pozulur”x9d

“Ermənistanın təmas xəttində atəşkəsin mütəmadi pozması Rusiyanın sifarişi əsasında reallaşır”x9d.

Bunu Moderator.az-a açıqlamasında Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər bildirib. Ekspertin sözlərinə görə, Rusiya bununla Azərbaycana təzyiq göstərmək və onu bəzi qərarlar verməyə məcbur etmək istəyir:

“Kreml təmas xəttində atəşkəsin tez-tez pozulmasını təşkil etməklə Azərbaycana təzyiq göstərmək, onun Rusiyanın maraqlarından yana bəzi qərarların qəbul etməsinə nail olmağa çalışır. Kreml hesab edir ki, Azərbaycana yönəlik bu cür təzyiqlər onu Rusiyadan yana ciddi seçim etmək, birmənalı surətdə Rusiyanın yanında durmaq məcburiyyəti ilə üz-üzə qoyacaq. Odur ki, yaxın gələcəkdə Rusiyanın öz məqsədinə çatması üçün bu təzyiqləri daha da artıracağını güman edirəm”x9d.

xa0

Seymur Əliyev

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər