“Məktəb olmayan yerdə kilsə, məscid, sinaqoq tikmək Allaha asi çıxmaqdır”
Gündəm
4810
26 Sep 2015 | 09:14

“Məktəb olmayan yerdə kilsə, məscid, sinaqoq tikmək Allaha asi çıxmaqdır”

Moderator.az xəbər verir ki, Milli Şuranın beynəlxalq münasibətlər komissiyasının sədri Gültəkin Hacıbəyli Məkkədə baş verən dəhşətli faciənin səbəblərinə toxunarkən müsəlman dünyası ilə xristian aləmini müqayisə edib:

"Məkkədə baş verənlər məni dəhşətə gətirib. 1300 nəfərdən artıq insan şeytanı daşlamaq əvəzinə bir-birini tapdalayıb öldürüb. Ölənlərin cəsədləri insan ləyaqətinə yaraşmayan təhqiredici bir şəkildə, sanki, heyvan leşi imiş, ağır texnika ilə sürüdülərək çıxarılıb. Bu dəhşətli mənzərəni görəndən özümə gələ bilmirəm. Bu mədəniyyətlə, bu səviyyə ilə, bu təşkilatçılıqla hara getmək olar? Avropada da, xristian dünyasında da, vaxtilə rüsvayçılıqlar çox olub. Hətta orta əsrlər Avropasında gözəl qadınları "şeytanla əməkdaşlıqda" ittiham edərək diri-diri yandırıblar. Qanlı səlib yürüşləri də Avropa tarixinin utancverici səhifələridir. Ancaq Avropa özündə güc taparaq dəyişib, mövhumatdan, cəhalətdən, fanatizmdən, gerilikdən xilas ola bilib və nəticədə öz ölkələrində diktator zülmündən qurtulan müsəlman qaçqınlar nicat yolu kimi zəngin müsəlman ölkələrinə yox, məhz "kafir" Avropaya pənah aparırlar. Avropa öz inkişafına kilsə tikməklə yox, məktəb tikməklə nail olub. Çünki məktəb olmayan yerdə kilsə, məscid, sinaqoq tikmək Allaha asi çıxmaqdır. Hər il yüz minlərlə müsəlman mahiyyətini hələ də qəbul edə bilmədiyim "şeytana daş atmaq" mərasimində iştirak etməkdənsə, öz ölkələrində məktəb tiksəydi, haqsızlığa qarşı çıxsaydı, qəlbindəki şeytanı daşlasaydı, bu gün yüz minlərlə müsəlman öz ölkəsində cəhalətdən və savadsızlıqdan, aclıqdan və ədalətsizlikdən bir-birin qanına susamaz, qaçıb canını qurtaranlar isə xristian Avropasına gedən yolda Aralıq dənizinin sularına qərq olmazdı.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər