SEPAH-dan Naxçıvana hücumla bağlı ŞOK AÇIQLAMA -
Gündəm
323
15:35, Bu gün

SEPAH-dan Naxçıvana hücumla bağlı ŞOK AÇIQLAMA - "Xəbərdarlıq idi!"

İran mediasında Naxçıvanla bağlı yeni iddia səsləndirilib.
 
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, yayılan məlumatlarda Naxçıvan hava limanının, xüsusilə İsrail və ABŞ zabitlərinin guya İranın infrastrukturuna qarşı hücumların planlaşdırılması ilə məşğul olduqları iddia edilən hissəsinin “Arash-2” adlı pilotsuz uçuş aparatı ilə vurulduğu bildirilib.
 
İddialara görə, bu PUA İran ordusunun quru qoşunları tərəfindən istifadə olunur və təxminən 120 kiloqramlıq döyüş başlığına malikdir.
 
Mənbələrdə qeyd olunub ki, sözügedən zərbə “xəbərdarlıq xarakterli addım” kimi təqdim edilir və İranın belə məsələlərdə güzəştə getməyəcəyi vurğulanır. Açıqlamada həmçinin Azərbaycan “Bakı rejimi” kimi tənqid olunaraq sərt ifadələr işlədilib.
 
Qeyd edək ki, yayılan məlumatla bağlı hələlik rəsmi təsdiq yoxdur və Azərbaycan tərəfi hadisə ilə bağlı açıqlama verməyib. Mövzu ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.
 
Link kopyalandı!
Son xəbərlər