“Traktor”dan çağırış: “Bu ağır günlərdə bizi yalnız buraxmayın”
Gündəm
221
13:37, Bu gün

“Traktor”dan çağırış: “Bu ağır günlərdə bizi yalnız buraxmayın”

Cənubi Azərbaycanın tanınmış futbol klubu “Traktor” İranda davam edən hərbi gərginlik fonunda ictimaiyyətə müraciət edib.
 
Moderator.az xəbər verir ki, Təbriz təmsilçisi ölkədə vəziyyətin son dərəcə ağır olduğunu bildirib.
 
Klubun yaydığı açıqlamada internet məhdudiyyətləri səbəbindən məlumat paylaşmağın çətin olduğu vurğulanıb. Qeyd olunub ki, şəhərlərdə bombardmanlar davam edir və ümumi vəziyyət qeyri-müəyyən olaraq qalır.
 
Bəyanatda mövcud hakimiyyətin süqutu ehtimalına da toxunularaq, belə bir ssenaridə Cənubi Azərbaycanın müdafiəsiz qala biləcəyi bildirilib. Açıqlamada iddia olunur ki, hakimiyyət dəyişikliyi baş verərsə, bölgədə arzuolunmaz qüvvələr təsir imkanlarını genişləndirə bilər. Xüsusilə Pəhləvi tərəfdarlarının adının çəkildiyi müraciətdə Azərbaycan türklərinin bu cür ssenarini qəbul etmədiyi qeyd edilib.
 
“Traktor” həmçinin Türkiyə və Şimali Azərbaycana səslənərək, mümkün xaos şəraitində Cənubi Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına dəstək göstərilməsini istəyib. Klub müraciətini “Qardaşlarınızı bu çətin vəziyyətdə tək buraxmayın” çağırışı ilə tamamlayıb.
 
Link kopyalandı!
Son xəbərlər