Müəllimi güllələyən şagirdlə bağlı İLGİNC FAKT: davranış problemləri olub
Gündəm
720
12:24, Bu gün

Müəllimi güllələyən şagirdlə bağlı İLGİNC FAKT: davranış problemləri olub

“İdrak” liseyində müəllimi güllələyən şagirdlə bağlı ilginc fakt üzə çıxıb.
 
Moderator.az bildirir ki, Lent.az-ın əldə etdiyi xəbərə görə, həmin şagirdin davranış problemləri olub.
 
Həmçinin, müəllimə atəş açan şagirdin mütəmadi olaraq kompüter oyunlarına maraq göstərdiyi, onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edilir.
 
Qeyd edək ki, bui gün saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
 
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb.
 
Ondan ov silahı götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər