Elmar Məmmədyarov qalmaqallı Epşteynlə görüşüb? – Sabiq nazirdən AÇIQLAMA
Gündəm
240
15:20, Bu gün

Elmar Məmmədyarov qalmaqallı Epşteynlə görüşüb? – Sabiq nazirdən AÇIQLAMA

“2014-cü ildə vəzifəmə uyğun olaraq Azərbaycana səfər edən ABŞ Konqres üzvlərini qəbul edirdim. Lakin mən Cefri Epşteynlə heç vaxt görüşməmişəm”.
 
Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
 
O bildirib ki, amerikalı maliyyəçi Cefri Epşteynlə hər hansısa formada əlaqə saxlamayıb:
 
“Epşteynlə heç salamım da yox idi, heç zaman da tanımamışam və xatırlamıram”.
 
Qeyd edək ki, ABŞ-nin Ədliyyə Nazirliyi (DOJ) həbsxanada ölən, azyaşlı qızların cinsi istismarı və insan alverində ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynlə (Jeffrey Epstein) bağlı indiyədək ən geniş sənəd paketini ictimaiyyətə açıqlayıb. Epşteyn sənədlərində Azərbaycanın adının keçdiyi digər diqqətçəkən məqam 2014-cü ilə aid e-maillərdir. Həmin il Epşteynin qardaşı Mark L. Epşteyn Cozef Merante adlı şəxsdən aldığı və “Merante-Baku-İmportant” başlığı ilə işarələnmiş məktubu Cefri Epşteynə göndərib.
 
Məktubda qeyd olunur ki, ABŞ Konqres üzvlərinin 21 may-4 iyun tarixlərində Azərbaycana səfəri planlaşdırılıb, yalnız bir konqres üzvü səfəri təsdiqləyib, digərləri imtina edib, azərbaycanlı sponsorlar yaranmış vəziyyətdən narahatdır, konqresmenlərin yerinə media, maliyyə, bankçılıq, təhsil və digər sahələrdə tanınmış şəxslərin cəlb edilməsi təklif olunur, səfər “plus-one” formatında nəzərdə tutulur və bütün xərclər birinci sinif səviyyəsində qarşılanır.
 
HDİ-nin saytında yayımlanan məlumatlara əsasən, səfər “AzPod” şirkəti ilə birgə təşkil olunub, nümayəndə heyəti Bakıda parlament üzvləri və keçmiş xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Epşteynin bu səfərin təşkili və nümayəndə heyətinin formalaşdırılmasında birbaşa rolunun olub-olmadığı sənədlərdə açıq göstərilmir.
 
ABŞ Ədliyyə Nazirliyi və hüquq ekspertləri bildirir ki, Epşteynlə yazışmaların və ya əlaqələrin mövcudluğu avtomatik olaraq cinayət məsuliyyəti yaratmır. Açıqlanan sənədlər ittiham aktı deyil, “müştəri siyahısı” hesab olunmur, sənədlərdə adı çəkilən ölkə və şəxslərlə bağlı hüquqi nəticə çıxarılmasına əsas vermir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər