Bakıdan Ermənistana neft məhsullarının növbəti partiyası yola salındı
Gündəm
809
09 Jan 2026 | 15:49

Bakıdan Ermənistana neft məhsullarının növbəti partiyası yola salındı

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salınıb.
 
Moderator.az xəbər verir ki, 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.
 
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər