Deputat Müşfiqabad qəsəbəsində istilik problemindən danışdı
Gündəm
735
14:17, Bu gün

Deputat Müşfiqabad qəsəbəsində istilik problemindən danışdı

Milli Məclisin deputatı Zaur Şükürov plenar iclasda çıxışında təmsil etdiyi seçki dairəsi üzrə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yaşayış binalarının istilik təchizatı ilə bağlı yaranmış vəziyyətə toxunub.
 
O qeyd edib ki,  qəsəbədəki yaşayış binalarını istiliklə təmin edən qazanxananı qazla təchiz edən, Bakı-Şamaxı yolunun kənarında yerləşən 800 metrə yaxın qaz xəttinin yenidən çəkilməsi zərurəti yaranmışdır və bu səbəbdən, təxminən bir ay olar ki, binaların qızdırılmasına başlanması mümkün olmayıb:
 
“Sözügedən problemlə əlaqədar məlumat əldə ediləndən dərhal sonra tərəfimizdən “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi ilə davamlı telefon əlaqəsi yaradılmış və məsələnin həlli istiqamətində lazımi dəstək göstərilməsi xahiş edilmişdir. Həmçinin digər aidiyyəti qurumlarımıza müvafiq məktublar ünvanlanmışdır.
Eyni zamanda, məsələ ilə əlaqədar təşəbbüsümüzlə 18 dekabr tarixdə həmin binaların 150-yə yaxın sakinləri ilə görüşümüz baş tutub”.
 
Millət vəkili bildirib ki, bu məsələnin işıqlandırlması üçün İctimai televiziyanın əməkdaşları da əvvəlki günlərdə qəsəbədə olub:
 
“Təqdirəlayiq haldır ki, “Azəriqaz” İstehsalat Birliyi bu məsələdə son dərəcə məsuliyyətli və operativ davranmış, işçi qüvvəsi maksimum səfərbər edilmiş və nəticədə həmin qaz xəttinin çəkilməsi artıq yekunlaşmaq üzrədir. Ümid edirik ki, bir-iki günə Azəristiliktəchizat tərəfindən binaların istiliklə təchizatı təmin ediləcək. Həmçinin gələcəkdə belə halların baş verməməsi üçün, istilik sisteminin qış mövsümünə hazırlığının öncədən yoxlanılması məsələsinin aidiyyəti yerli qurumlarımız tərəfindən davamlı şəkildə diqqətdə saxlanılmasının zəruriliyini vurğulamaq istərdim”.
 
Link kopyalandı!
Son xəbərlər