Bizi sosial şəbəkələrdən izləyin:
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovla əlaqəli araşdırma genişlənidirilir.
Moderator.az milli.az-a istinadla xəbər verir ki, hazırda hər iki şəxsin və digərlərinin əvvəlki illərdə də anoloji əməli törədə biləcəkləri ilə bağlı araşdırma aparılır.
Əgər sözügedən araşdırma nəticəsində yeni faktlar üzə çıxarsa, qanunsuz yollarla universitetlərə daxil olan şəxslər qəbul olduqları ali məktəblərdən xaric oluna bilərlər.
Qeyd edək ki, Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. K. Əsədov və G. Abbasov 9, 8, 6 və 15 min (ümumilikdə 70 min) manat pul qarşılığında xüsusi avadanlıqların abituriyentlərə quraşdırılmasına, pulların isə imtahanın nəticəsindən sonra verilməsinə razılaşıb. Kamran Əsədov hakimə dövlət ittihamçısının irəli sürdüyü maddələr üzrə ittihamlarla özünü təqsirli bilmədiyini bildirib.
Gündüz Abbasov isə ancaq Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) maddəsi ilə özünü təqsirli bilib.