Əli Kərimli tibbi müayinədən keçirilib - AXCP sədri təkadamlıq kamerada saxlanılır
Gündəm
121
10:50, Bu gün

Əli Kərimli tibbi müayinədən keçirilib - AXCP sədri təkadamlıq kamerada saxlanılır

Barəsində 2 ay 15 gün həbs-qətimkan tədbiri seçilən AXCP sədri Əli Kərimli DTX-nın İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib.
 
Moderator.az xəbər verir ki, gununsesi.info–nun əldə etdiyi məlumata görə, həkim müayinəsindən keçiriləndən sonra AXCP sədri İstintaq Təcridxanasına yerləşdirilib.
 
Məlumatda Əli Kərimlinin təkadamlıq kamerada yerləşdirildiyi məlum olub.
 
Bu arada AXCP sədrinin vəkili Aqil Layic saytımıza açıqlamasında müvəkkilinə qarşı müstəntiq və əməliyyatçıların nəzakətsiz davranışlarını hiss etmədiklərini deyib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər