Məhkəmə Məmməd İbrahimin barəsində qərar verdi
Gündəm
209
15:30, Bu gün

Məhkəmə Məmməd İbrahimin barəsində qərar verdi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliinin müşaviri Məmməd İbrahimin barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.
 
Moderator.az xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin edilib.
 
Onun barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, Əli Kərimli və Məmmə İbrahim Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə şübhəli şəxs qismində tanınıb.
 
Əli Kərimlinin ittiham olunduğu maddəyə görə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
 
Xatırladaq ki, Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.
 
Link kopyalandı!
Son xəbərlər