Fazil Mustafadan həyəcan təbili: “Hansısa bina uçsa…”
Gündəm
173
13:08, Bu gün

Fazil Mustafadan həyəcan təbili: “Hansısa bina uçsa…”

Milli Məclisdəki müzakirələr zamanı çıxış edən İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa diqqəti tikinti sahəsindəki problemlərə cəlb etməyə çalışıb.
 
Moderator.az Musavat.com-a istinadla bildirir ki, deputat durumla bağlı konkret faktlara istinad edib:
 
“Ötən gün Hövsan qəsəbəsində bir qəzalı binanın balkonunun uçması nəticəsində qadın xəsarət alıb. Mən Bakıxanov qəsəbəsində 170-ə yaxın qəzalı binaya baxış keçirmişəm. Bütün dövlət orqanlarına müraciət etdim, hamısının aktları var ki, bina qəzalıdır. Hamı özünü sığortalayıb. Sabah hansısa bina uçsa, məsuliyyəti heç kim üzərinə götürməyəcək. Halbuki sadə bir mexanizm var”.
 
Fazil Mustafa bu sahədəki məsuliyyətsizliyin sərhəd tanımamasına aid bunları söyləyib:
 
“Sahibkar bir binanın pulunu ödəyir, dövlət büdcəsindən bir qəpik pul xərclənmir, beşmərtəbə əvəzinə doqquzmərtəbəli bina tikir, 5 mərtəbəyə həmin sakinləri köçürür, dörd mərtəbəni də satır özü pul qazanır.
 
Sadə mexanizmləri tətbiq etmək əvəzinə vətəndaşın həyatının risk altına atılmasının məsuliyyətini heç kim daşımır. Çünki hamının aktı var, özünü sığortalayıb”.
 
Link kopyalandı!
Son xəbərlər