Bizi sosial şəbəkələrdən izləyin:
“Hadisə bu gün səhər saatlarında, təxminən 9 radələrində baş verib. Hüquq-mühafizə orqanları dərhal istintaq başladıb. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları da yaxın ərazilərdə boruların təftişini həyata keçirirlər”.
Bunu Teleqraf-a açıqlamasında “AFEN Plaza”da partlayışla bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev deyib.
Qurum rəsmisi partlayışın qaz sızması nəticəsində baş verməsi ilə bağlı yayılan iddialara münasibət bildirib:
“Təftiş aparılan boru xətlərində hələ ki, ciddi bir şey aşkar olunmayıb. Bu baxımdan hadisənin mavi yanacaqdan baş verməsi ilə bağlı verilən açıqlamalar məncə, doğru deyil. Hüquq-mühafizə orqanlarının araşdırmasının yekun nəticəsi açıqlananda hər şey bəlli olacaq. Buna görə də hansısa dövlət qurumunu qınamaq, hadisənin baş vermə səbəbi barədə ilkin ehtimal kimi sadalanan səbəblər işin gedişinə mane kimi qiymətləndirilə bilər”.
Qeyd edək ki, “AFEN Plaza”nın sahibi partlayışın yeraltı qaz sızması nəticəsində baş verdiyini demişdi.