Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan 20-ci hərbçinin də nəşi tapıldı
Gündəm
202
12:40, Bu gün

Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan 20-ci hərbçinin də nəşi tapıldı

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyəyə məxsus "C-130" tipli hərbi yük təyyarəsinin həlak olan 20-ci hərbçinin nəşi də tapılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
 
"Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəmizin qalıqlarında aparılan axtarışlar nəticəsində 20-ci şəhidimizin nəşi tapılıb", - xəbərdə bildirilir.
 
Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.
Link kopyalandı!
Son xəbərlər