Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan, Türkiyə və Gürcüstan Türkiyəyə məxsus "C-130" tipli hərbi təyyarənin Gürcüstanda qəzaya düşməsi ilə bağlı birgə istintaq qrupu yaradıb.
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladze məlumat verib.
Onun sözlərinə görə, Türkiyədən gələn mütəxəssislər bütün gecə qəza yerində işləyiblər və araşdırma prosesinə qoşulublar.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 275.4-cü maddəsi “Hava nəqliyyatının təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan tələfatı” bəndi üzrə cinayət işi açıb.