Türkiyənin qəzaya uğrayan
Gündəm
222
13:42, Bu gün

Türkiyənin qəzaya uğrayan "C-130" hərbi təyyarəsində olanlardan on səkkiz hərbçinin nəşi tapılıb

"On səkkiz nəfərin nəşi tapılıb, daha iki nəfərin meyitlərinin axtarışları davam etdirilir".
 
Moderator.az xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Gela Geladze Türkiyə Silahlı Qüvvələrinə məxsus "C-130" yük təyyarəsinin qəzaya uğradığı ərazidə jurnalistlərə bildirib.
 
"Hadisə yerində Türkiyə Daxili İşlər Nazirliyi ilə koordinasiya edirik. Bu prosesdə türk həmkarlarımız da iştirakçıdırlar, birgə səylərimiz davam etdiririk".
 
Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər