Dərman içib canına qıyan müğənni:
Gündəm
471
12:04, Bu gün

Dərman içib canına qıyan müğənni: "Polislər həyatımı qurtardı"

Xəbər verdiyimiz kimi, "İlanlı qız" ləqəbi ilə tanınan müğənni Günəş “İnternational Medical Center 2”də çalışdığı bildirilən plastik cərrah Əmiraslan Əmiraslanov barəsindəki şikayətinin təmin olunmamasına etiraz olaraq çoxlu sayda dərman qəbul edərək özünü öldürməyə cəhd edib.Bundan sonra halı pisləşən müğənni xəstəxanaya yerləşdirilib.
 
Günəş hadisə ilə bağlı yeni açıqlama yayıb.
 
O bildirib ki, polislər vaxtında müdaxilə edərək onun həyatını xilas ediblər:
 
“Səhhətimlə bağlı çox mesajlar və zənglər gəlib. Sağam, sağ-salamatam. Sağ olsun bizim polislər, özlərini çatdırdılar, mənim həyatımı xilas etdilər. Gecə saatlarından səhərə qədər xəstəxanada olmuşam, qanımı yuyublar. Bizim polislər çox böyük iş gördülər və mənim həyatımı qurtardılar. Səhərəcən klinikada mənimlə bir yerdə oldular, heç kim yanımdan ayrılmadı. Mənimlə getdilər, mənimlə qayıtdılar. Sağ olsunlar, çox hörmət etdilər. Bildirmək istəyirəm ki, artıq hər şey qaydasındadır, ayaqüstəyəm, öz işlərimə qayıdıram. İnşallah, haqq-ədalət öz yerini tapacaq, həkim cəzasını çəkəcək. İş prokurorluğa gedir, araşdırma aparılır. Bu etdiyi əmələ, bir insanın həyatına son qoymasına səbəb olmasına görə, yəqin ki, dövlətin və qanunun qarşısında cavab verəcək. Və ədalətin olacağına inanmaq istəyirəm. Bundan sonrasını buraxıram polislərimizə, nazirliyimizə, dövlətimizə. İnşallah, Əmiraslan Əmiraslanov öz cəzasını tapacaq”.
 
Xatırladaq ki, bir müddət əvvəl Günəş plastik cərrah Əmiraslan Əmiraslanovdan şikayət etmişdi. O bildirmişdi ki, “İnternational Medical Center 2”də həkim tərəfindən aparılan əməliyyat uğursuz alınıb və nəticədə bədənində böyük çapıqlar, eləcə də dəri sallantıları yaranıb. Müğənni həmçinin həkimin ondan ümumilikdə 14 min manat aldığını, lakin əməliyyatın uğursuz olduğunu və üstəlik şəxsi görüntüləri ilə şantaj edildiyini iddia etmişdi.
 
Məsələ ilə bağlı klinikadan bildirilib ki, Əmiraslan Əmiraslanov artıq həmin tibb müəssisəsində çalışmır və proses hazırda Ağdam Rayon Məhkəməsində davam edir.
 
Qeyd edək ki, Əmiraslan Əmiraslanovun adı Qənirə Ataşın bir müddət əvvəl paylaşdığı saxta plastik cərrahlar siyahısında var idi. /Bakupost.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər