Ramiz Mehdiyevin yanında kim qalır? -
Gündəm
576
14:30, Bu gün

Ramiz Mehdiyevin yanında kim qalır? - "Bazarlığı mən edirəm"

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin qərarı ilə ona dörd aylıq ev dustaqlığı tətbiq edilib.
 
Ramiz Mehdiyevin mühafizəçisi Qənbər açıqlamasında bildirib ki, sabiq PA rəhbəri hazırda özünü yaxşı hiss edir.
 
"Səhhəti normaldır. Evdə xanımı ilə özü qalır. Oğlu və qızı gəlib-getmirlər. Onlar öz evlərindədir. Ev üçün bazarlığı da mən edirəm", - deyə o qeyd edib.
 
Qeyd edək ki, Ramiz Mehdiyev ev dustaqlığını "Avropa" otelinin yaxınlığındakı, Tiflis prospektində yerləşən villasında çəkir. /unikal.az/
 
Link kopyalandı!
Son xəbərlər