Bizi sosial şəbəkələrdən izləyin:
"Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ortaq əlifba mövzusunda tarixi addım atdıqlarını bildirib. “Ortak əlifba məsələsində Türkiyə olaraq ilk addımı atırıq. Çingiz Aytmatovun “Oğuznamələri” əsəri ortaq əlifba ilə çap edirik. Bu gün də liderlərə onlardan bir nüsxə təqdim edirik”, - deyə Ərdoğan vurğulayıb. Sözsüz ki, ortaq türk əlifbasının yaradılması artıq bu istiqamətdə atılan ilk addım diqqətdən yayına bilməz".
Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov ortaq əlifbasının bütün türk dillərinə aid olmadığını deyib.
Akademikin fikrincə, bu bizim qəbul etdiyimiz ortaq türk əlifbası fonunda latın əlifbasına keçiddir: “Ortaq türk əlifbası dediyimiz anlayış isə bu gün müstəqil dövləti olan türk xalqlarının ümumi cəmidir. Əslində latın əlifbasına keçən tük xalqları eyni hərflərdən istifadə edir. Amma Türkiyə türkcəsində "Ə" hərfini "E" də əvəz edir. Azərbaycan əlifbasında isə ayrıca "Ə" hərfi var. Biz bununla demirik ki, Türkiyə türkcəsində yazıldıqda "Ə" hərfi də yazılsın. Ona görə də burada bir qədər mürəkkəblik var”.
Nizami Cəfərovun sözlərinə görə, ortaq əlifba dedikdə bütün türk xalqlarının hamısının latın əlifbasına keçidi nəzərdə tutulur: “Həmçinin hər bir türk xalqı latın əlifbasında yazdıqda eyni səsin, eyni işarəsində istifadə etməlidir. Əgər bir türk dilində bir səs yoxdursa, ona əlavə hərf daxil edilməsi lazım deyil. Ümumiyyətlə isə ortaq türk əlifbası və ya ədəbi dil dediyimiz məhz Türkiyə türkcəsidir. Bunun üçün başqa bir türk dilində hərf götürülüb işlədilmir. O həmçinin özünü hansısa bir formaya salıb, ortaq türk dili kimi də çıxış etmir. Nəzərdə tutulub ki, Türkiyə türkcəsi türk xalqları arasında ortaq bir dil kimi işlədilsin. Bunun isə digər türk dillərinə, yəni, Azərbaycan, özbək, qazax və digərlərinə ziyanı yoxdur. Çünki ortaq dil onları əvəzləmir. Bu həmçinin bütün türk xalqlarının genetik faktor olaraq ortaq ünsiyyət vasitəsidir”.