Azərbaycan, Türkiyə və Gürcüstan BU MƏSƏLƏDƏ razılığa gəldi
Gündəm
370
14:05, Bu gün

Azərbaycan, Türkiyə və Gürcüstan BU MƏSƏLƏDƏ razılığa gəldi

Azərbaycan, Türkiyə və Gürcüstan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu marşrutunun rəqabət qabiliyyətini artırmaq üçün əməkdaşlığı genişləndirir.
 
Moderator.az xəbər verir ki, üç ölkənin dəmir yolu rəhbərləri BTQ xəttinə əlavə yük axınlarının cəlb edilməsi, çatdırılma müddətlərinin optimallaşdırılması və rəqabətədavamlı tariflərin tətbiqi barədə razılığa gəliblər.
 
Rəhbərlər həmçinin bütün xətt boyunca sabit və proqnozlaşdırıla bilən əməliyyat rejimi yaratmağı, yük sahibləri üçün şəraiti yaxşılaşdırmağı və daşımaların həcmini artırmağı qarşıya məqsəd qoyublar.
 
Regionda son dövrdə vəziyyət dəyişib: Azərbaycandan Ermənistan üzərindən Türkiyəyə birbaşa marşrut olan TRIPP layihəsi gündəmə gəlib. Buna baxmayaraq, BTQ hələ də Orta Dəhlizdə əvəzolunmaz rolunu saxlayır və mövcud tranzit imkanları ilə rəqabətdə öncül mövqedədir.
 
Ekspertlər bildirirlər ki, TRIPP gələcək üçün perspektivli layihə olsa da, siyasi və praktiki çətinliklər səbəbindən hələ reallığa çevrilməyib. Eyni zamanda, Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu işə salındıqda, köhnə Qars-Gümrü dəmir yolu xətti tam olaraq fəaliyyətini itirə bilər.
 
Buna baxmayaraq, BTQ artıq fəaliyyətdədir və iki yolun olması regionda rəqabət mühitini gücləndirir. Üstəlik, ABŞ-nin TRIPP layihəsinə sərmayə qoymaq imkanları da diqqət çəkir.
 
Nəticədə, Azərbaycan, Türkiyə və Gürcüstanın əməkdaşlığı regionda yük tranzitinin optimallaşdırılması və rəqabət qabiliyyətinin artırılması baxımından mühüm addım hesab olunur.
Link kopyalandı!
Son xəbərlər