Aqil Abbas:
Gündəm
436
13:42, Bu gün

Aqil Abbas: "Santuşun yerinə Pantuşu gətirəcəklər"

"Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Fernandu Santuşun bu postdan uzaqlaşdırılmasına çox da sevinmirəm. Çünki Santuş getdi, bir Pantuş tapıb gətirəcəklər. Futbolu inkişaf etdirmək əvəzinə məşqçi dəyişdirirlər. Anlamırlar ki, ölkədə uşaq futbolu inkişaf etməyənə qədər Azərbaycanda futbol olmayacaq".
 
Moderator.az xəbər verir ki, bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, sadiq futbol azarkeşi Aqil Abbas deyib.
 
“Hazırda ölkədə olan futbol akademiyaları çox zəif işləyir. Bəziləri isə yox səviyyəsindədir. Azərbaycan Futbol Federasiyaları Assosiyasiyanın (AFFA) başına da bir əcnəbi qoyacaqlar”, - deyə o, qeyd edib.
 
Aqil Abbas bildirib ki, özümüzün kifayət qədər yerli futbol mütəxəssislərimiz var: “Uduzuruq elə özümüzünkülərlə uduzaq. Tərlan Əhmədov kimi məşqçi ortalıqda "it döyür", amma kimisə gətirib baş məşqçi qoyurlar. Bu gün Azərbaycanın futbolunu yüksək liqada təmsil edən komandaların məşqçilərinin 6-sı əcnəbidir. Belə şey olar? Nə isə, özləri bilər. Hər halda yaxşı olacaq. 10-20 ildən sonra Azərbaycanda futbol inkişaf edəcək”.
 
Qeyd edək ki, Fernandu Santuş 2024-cü ilin yayından Azərbaycan millisinin baş məşqçisi idi. Komanda onun rəhbərliyi altında 11 oyunun 9-da uduzub, 2-də heç-heçə edib.
 
Xatırladaq ki, Azərbaycan milli komandası 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində ilk oyununda İslandiya komandasına 5:0 məğlub olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər