Gündəm
1285
27 Jun 2025 | 11:52

"Özünə ziyalı deyib Təbrizlə birləşməkdən dəm vuran cahillər" - Fazil Mustafadan SƏRT MÖVQE

"Özünə ziyalı deyib birləşməkdən dəm vuran cahillər! Birləşəcəyiniz bu günün Təbrizinə diqqətlə baxın! Və unutmayın ki, 1828-ci ildə buradan qopmasaydıq onlardan elə də fərqimiz olmayacaqdı".
 
Moderator.az xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Feysbuk səhifəsində yazıb.
 
Deputat bildirib ki, gündə yüz dəfə oturub-qalxıb Rəsulzadənin, Üzeyir bəyin, Əbülfəz bəyin, Heydər Əliyevin, İlham Əliyevin nişanəsi olan müstəqil və dünyəvi Azərbaycan Respublikasının varlığına dua edin, şükranlıq bildirin:
 
“Bu gün bizdə də bu çomaqları qaldırmaq istəyən minlərlə aşiqlər var, dünyəvi müstəqil dövlətimizi qorumaq instiktimiz zəiflədikdə bunlar baş qaldıra bilərlər. Demədi deməyin”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər