İmamoğlu atı mindi, amma Üsküdarı keçə bilmədi – Türkiyəni qarışdırmaq planı iflasa uğrayır
Gündəm
506
15:52, Bu gün

İmamoğlu atı mindi, amma Üsküdarı keçə bilmədi – Türkiyəni qarışdırmaq planı iflasa uğrayır

İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlunun son siyasi addımları ilə bağlı maraqlı açıqlama verib. O, İmamoğlunun “Atı alan Üsküdarı keçdi” düşüncəsi ilə hərəkət etdiyini, lakin böyük siyasətdə belə özbaşınalığın yolverilməz olduğunu vurğulayıb.
 
2023-cü ilin mayında keçirilən prezident və parlament seçkilərindən sonra Türkiyədə növbəti seçkilərə hələ 3 ildən çox vaxt var. Bəs İmamoğlu indidən nədən ortaya atılıb? CHP rəhbərliyindən xəbərsiz bir şəkildə addım atması nə ilə izah oluna bilər?
 
Jurnalist İmamoğlunun hərəkətlərini kəskin şəkildə qınayır və bunu təxribat sayır. Sitat: "Mənsub olduğu CHP-nin dəstəyi olmadan o, Türkiyə prezidenti seçilə bilməz. Ancaq İmamoğlu özbaşına hərəkət edir və nəticədə siyasi xaosun yaranmasına səbəb olur".
 
Musavat.com da hesab edir ki, İmamoğlunun bu davranışları Türkiyədə xarici güclərin dəstəyi ilə süni siyasi təlatüm yaratmaq cəhdidir.
 
İmamoğlunun bir sevimli personası var - Suriya diktatoru Bəşər Əsəd! Ərdoğan və Türkiyə o yaramazı iqtidardan saldı, Türkiyəni böyütdü.
 
Musavat.com-un analizinə görə, ümumilikdə CHP tarixən Suriya diktatoru Bəşər Əsədə dəstək verən bir partiya olub.
 
İndi isə sanki İmamoğlu onun revanşını almağa çalışır. CHP zehniyyəti hər zaman Türkiyənin Orta Doğuda güclənməsindən narahat olan xarici qüvvələrlə eyni mövqedə dayanıb. Suriyada uğurlu hərbi əməliyyatlar aparan, Qara dənizdə güclü diplomatiya yürüdən və Qafqazda strateji addımlar atan Türkiyə indi daxildən qarışdırılmağa çalışılır.
 
İmamoğlu bu prosesdə xarici güclərə “maşa” rolunda xidmət edir. Onun həbs edilməsi ilə bağlı qərar siyasi qalmaqal yaratsa da, məsələ təkcə onun həbsindən ibarət deyil. Burada Türkiyənin böyüməsinin qarşısını almaq istəyən qüvvələrin böyük planı var.
 
Dünya siyasi düzəni böhran içindədir və Türkiyə bu xaosdan güclənərək çıxan azsaylı dövlətlərdən biridir. Liviya, Suriya, Qarabağ və Yaxın Şərqdə aparılan siyasət Ankaranı bölgənin əsas oyunçusuna çevirib. İmamoğlunun siyasi hərəkətləri isə tamamilə bu uğurları kölgədə qoymaq və daxildə qarışıqlıq yaratmaq məqsədi güdür.
 
Musavat.com-un fikrincə, bu hadisələrdə xarici kəşfiyyatların və Türkiyənin böyüməsini istəməyən güclərin əli var.
 
Hər zaman olduğu kimi, Türkiyənin seçkiyə qədər sabitliyini pozmaq, siyasi qarşıdurmalar yaratmaq və iqtisadiyyatı sarsıtmaq üçün təzyiqlər edilir.
 
İmamoğlu özünü siyasi qurban kimi təqdim etməyə çalışsa da, əslində Türkiyənin gücünü sarsıtmaq üçün bir alətə çevrilib. Prezident seçkilərinə hələ uzun bir müddət qalmasına baxmayaraq, belə bir xaos yaradılması analoqu olmayan siyasi oyun kimi görünür.
 
Musavat.com bildirir ki, İmamoğlunun həbsi siyasi cəhətdən mübahisəli görünsə də, onun hərəkətləri Türkiyənin strateji maraqlarına ziddir. CHP və xarici güclər ölkədə stabilliyi pozmağa çalışır. Ankara isə daxili təxribatçılara qarşı lazımi tədbirləri görməkdə haqlıdır.
 
Bütün bunlar göstərir ki, İmamoğlu atı mindi, amma Üsküdarı keçə bilmədi! Ərdoğanın qətiyyəti təkcə Liviya, Suriya, Qarabağ, Ukrayna və Yaxın Şərqi əhatə etmir. Hərdən Türkiyənin daxilində də özünü göstərir...
 
Link kopyalandı!
Son xəbərlər