Prezidentin köməkçisi: Azərbaycan həmişə dialoq üçün platforma təqdim etməyə hazırdır
Gündəm
365
14:03, Bu gün

Prezidentin köməkçisi: Azərbaycan həmişə dialoq üçün platforma təqdim etməyə hazırdır

Azərbaycan çoxtərəfli diplomatiyada liderliyi çərçivəsində ölkələr arasında dialoq üçün həmişə platforma təqdim etməyə hazırdır.
 
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XII Qlobal Bakı Forumu çərçivəsində panel müzakirəsində bildirib.
 
Onun sözlərinə görə, Azərbaycan hökuməti dünya siyasi arenasında baş verən hadisələri diqqətlə izləyir və öz töhfəsini verməyə çalışır.
Link kopyalandı!
Son xəbərlər