Fuad Nağıyev işə çıxmır, postunu itirəcək
Gündəm
296
16:40, Bu gün

Fuad Nağıyev işə çıxmır, postunu itirəcək

Dövlət Turizm Agentliyi ətrafında yaranmış qalmaqal böyüyür. Agentliyin rəhbərinin şiddətli töhmət alması, istintaqa çağırılaraq dindirilməsi, Dövlət Təhlükəsizlik Xidmətində aparılan istintaq zamanı bir nəfərin saxlanılması son 5 gün ərzində yaşananlardır.
 
 Dövlət Turizm Agentliyindən xidməti yazışmaların sızdırılması qurumun rəhbəri Fuad Nağıyevin postunu itirməsi ilə nəticələnəcək.
 
Əvvəlcə xatırladaq ki, martın 4-də Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə prezident tərəfindən şiddətli töhmət elan edildi.
 
Səbəb isə qurumdan xidməti yazışmaların sızdırılması idi. Araşdırmalar zamanı Turizm Agentliyində Azərbaycana qarşı düşmənçilik mövqeyində olan “Transparency International” təşkilatında işləmiş bir neçə şəxsin önəmli postlar tutduğu məlum olub. Yazışmaların da məhz həmin şəxslər tərəfindən sızdırıldığı müəyyən edilib.
 
O da məlum olub ki, Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər “Transparency International” təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub.
 
Fuad Nağıyevə töhmət elan edilməsindən sonra DTX qurumda yoxlamalara başladı. Bunun nəticəsi olaraq Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov həbs edilib. Bu günə olan məlumata görə Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb. Onların da istintaqa cəlb edildiyi bildirilir.
 
Agentliyin sədri Fuad Nağıyevin işə çıxmadığı bildirilir. Musavat.com-un əldə etdiyi məlumata görə yaxın günlərdə Fuad Nağıyevin tutduğu vəzifədən azad edilməsi gözlənilir.
Link kopyalandı!
Son xəbərlər