“Atam futbola baxanda qohumumuz evin mebellərini aparmışdı...” - Video
Gündəm
345
13:14, Bu gün

“Atam futbola baxanda qohumumuz evin mebellərini aparmışdı...” - Video

Azərbaycan SSR Xalq artisti Bəşir Səfəroğlunun qızı Xalq artisti Afaq Bəşirqızı atasının futbola bağlılığından danışıb.
 
“Qafqazinfo” xəbər verir ki, o, Milli Teatr Günündə PFL-in saytına müsahibə verib.
 
A.Bəşirqızı bildirib ki, atasının evdə tək futbola baxmasından qorxublar: “Bir dəfə başımıza oyun gəldi. Atam evin mebellərini tez-tez yeniləyərdi. Növbəti dəfə evin mebellərini dəyişmək ərəfəsində qohumu gəlir bizə. Görür ki, atam futbola baxır. Deyir ki, ay Bəşir, nə var, nə yox? Atam da cavab verir ki, heç nə, dayan indi vuracaqlar. Belə danışırlar. Sonra deyir ki, ay Bəşir, nə əcəb evin mebellərin dəyişməmisən?
 
Atam dəyişəcəm deyərək futbola baxmağa davam edir. Bu da bildirir ki, dəyişəndə mebeli mənə verərsən. Atam da deyir ki, götür apar. Davam edib ki, Bəşir, bəs filankəsin maşını buradadır, ona qoyum aparım. Boşaldır içindəki paltarları və götürüb aparır. Dəhlizdə qədimdən qalma güzgü var idi. Onu da istəyir. Atam da deyir ki, götür apar, rədd ol. Hamısını yığıb aparır. Gəliblər evə və görüblər ki, heç nə yoxdur. Soruşublar ki, bunlar hanı? Deyib ki, mən futbola baxırdım. Anam polisə ərizə yazır və axtarıb bu qohumun evində tapırlar. O da deyir ki, Bəşir, mən sənə deyib apardım. Atam da cavabında deyib ki, futbola baxanda adamdan söz soruşarlar?”
 

 

Link kopyalandı!
Son xəbərlər