Bakıda biznesmen yol qəzasında öldü
Gündəm
489
12:35, Bu gün

Bakıda biznesmen yol qəzasında öldü

Gecə saatlarında Bakıda ölümlə nəticələnən yol qəzası olub.
 
Qafqazninfo yazır ki, hadisə saat 01:40 radələrində Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.
 
Belə ki, 1986-cı il təvəllüdlü Ramin Həsənovun idarə etdiyi “Kia Rio” markalı avtomobil beton dirəyə çırpılıb. Daha sonra nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan Elman Cəbrayılovun idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə toqquşub. Nəticədə R.Həsənov xəstəxanaya aparılarkən vəfat edib.
 
Bildirilir ki, qəzada həyatını itirən sürücü Bakıda bir neçə restorana sahib olub.
 
Faktla bağlı cinayət işi başlanıb.
Link kopyalandı!
Son xəbərlər