Azərbaycan və Türkiyə prezidentlərinin səmimi GÖRÜNTÜLƏRİ
Gündəm
611
05 Mar 2025 | 23:27

Azərbaycan və Türkiyə prezidentlərinin səmimi GÖRÜNTÜLƏRİ

"Enerji sahəsində strateji layihələr reallaşdırmaqda Can Azərbaycan ilə tam ahəng içindəyik".
 
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Facebook" sosial şəbəkə hesabında Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya səfəri çərçivəsində İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışı barədə yazarkən qeyd edib.
 
"Qaz kəməri Naxçıvanla talelərimizin bir olduğunun nişanəsi olacaq. Naxçıvanın enerji təhlükəsizliyini uzun illər ərzində təmin edəcək bu layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırdıq. Azərbaycan Prezidenti İlham qardaşımla birlikdə enerji sahəsində əməkdaşlığımıza yeni bir layihə əlavə etməkdən çox məmnunuq" , - deyə Türkiyə lideri yazıb.
 
Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə səmimi fotolarını da paylaşımına əlavə edib.
Link kopyalandı!
Son xəbərlər