Ərdoğan: Qardaşım İlham Əliyevi Türkiyədə qonaq etməkdən böyük məmnunluq duyuram
Gündəm
831
05 Mar 2025 | 18:24

Ərdoğan: Qardaşım İlham Əliyevi Türkiyədə qonaq etməkdən böyük məmnunluq duyuram

Qardaşım İlham Əliyevi Türkiyədə qonaq etməkdən böyük məmnunluq duyuram.
 
Bunu Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
 
Türkiyə Prezidenti deyib ki, Prezident İlham Əliyevin və Azərbaycan xalqının Ramazan bayramını təbrik edib: “Ölkələrimiz arasında münasibətlər sürətlə inkişaf edir. Bu sırada enerji sektoru başda yer alır. Bəzilərinin xəyal kimi gördüyü Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələr həyata keçirilib. TANAP və TAP-la Azərbaycan qazı Avropaya çatdırılır. İndi açılışını həyata keçirdiyimiz layihə Azərbaycanla tale birliyinin növbəti nümunəsi olacaq. Bu kəmər Naxçıvanın qaz ehtiyaclarını 30 il qarşılayacaq. Bu layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq”.
Link kopyalandı!
Son xəbərlər