Direktorun səsyazısı yayıldı: Nazirlik əməkdaşları məktəbə GETDİ
Gündəm
848
03 Mar 2025 | 14:55

Direktorun səsyazısı yayıldı: Nazirlik əməkdaşları məktəbə GETDİ

Xəbər verdiyimiz kimi, Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səsyazısı yayılıb. Səsyazısında direktorun müəllimlərlə mübahisəsi yer alıb.
 
Məlumata görə, direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedoqoji heyəti təhqir edib. O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib.
 
Bu gün Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub.
 
Rəsmi şəxslər pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.
 
Məsələ ilə bağlı araşdırma aparılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər