“Putinin qisası” iddiaları yalandır - İlham Rəhimovdan AÇIQLAMA
Gündəm
353
13:30, Bu gün

“Putinin qisası” iddiaları yalandır - İlham Rəhimovdan AÇIQLAMA

Son günlərdə bəzi KİV-lərdə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana qarşı qisas tədbiri olaraq azərbaycanlılara məxsus bazarların bağlanması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
 
Məsələ ilə bağlı Azərbaycanlı xeyriyyəçi iş adamı, professor İlham Rəhimov Musavat.com-a açıqlama verib.
 
Rəhimov bildirib ki, yayılan məlumatlar tamamilə əsassızdır və reallıqla uzlaşmır:
 
“Bu barədə yayılan xəbərlər, o cümlədən Qod Nisanova və mənə məxsus olan logistika və Ticarət Mərkəzlərində hər hansı yoxlamaların aparılması, yaxud qisas tədbirlərinin həyata keçirilməsi kökündən yanlış məlumatlardır. Bunu ya bilməyərəkdən, ya da bilərəkdən yayırlar.”
 
Qeyd edək ki, son günlərdə bəzi media orqanlarında, o cümlədən də Rusiyanın saytlarında Moskvanın Azərbaycanla münasibətlərdə gərginliyi artırdığı və bu çərçivədə azərbaycanlı iş adamlarına məxsus logistika və Ticarət Mərkəzlərinin fəaliyyətinə maneələr yaratdığı ilə bağlı məlumatlar yayılmışdı. Lakin professor İlham Rəhimovun açıqlaması bu iddiaların həqiqətə uyğun olmadığını ortaya çıxartdı.
 
Link kopyalandı!
Son xəbərlər