Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Dövlət Televiziyasının (AzTV) efirindən Rusiyanın ünvanına sərt tənqidlər səsləndirilib.
Moderator.az xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov müəllifi olduğu "Həftə" analitik-informasiya proqramının fevralın 9-da efirə gedən buraxılışında yenidən Azərbaycan-Rusiya münasibətlərinə toxunub.
O, Rusiyanın Azərbaycana qarşı bir sıra cinayətlər törətdiyini vurğulayıb və Moskvanın ünvanına sərt iradlar bildirib:
“Bir daha deyirik, Azərbaycan dövləti də, Azərbaycan xalqı da bu dalğanın hardan gəldiyini gözəl bilir, hörmətli Kreml rəsmiləri. Odur ki, biz də elə bax burdan deyirik ki, birinci Qarabağ savaşında Ermənistana Azərbaycan ərazilərini işğal etsin deyə bir milyard dollarlıq silah göndərənin də, Xocalı soyqırımının baş tutması üçün 366-cı motoatıcı tağımını erməni baskəsənlərinin ixtiyarına verənin də, Ermənistanda uzun illər hakimiyyətdə olmuş Koçaryan və Sarqsyan rejimlərini iqtidarda saxlayanın da, ikinci Qarabağ savaşında Ermənistana gizli yollarla silahlar göndərənin də, müharibənin ən qızğın vaxtında Gəncədə, Bərdədə dinc insanları gecə saatlarında bombalanması və bununla da Azərbaycanı təslim olmağa məcbur etməsi üçün Ermənistana “İsgəndər”, “Pansir” silahlarını verənin də, hazırda öz cəzasını gözləyən Ruben Vardanyanı ürəkləndirib aranı qatmaq üçün Qarabağa göndərənin də, müharibədə bir – birinin ardınca torpaqlarını işğaldan azad edən Azərbaycanın qarşısını kəsməyə çalışanın da kimliyini...”.