Türkiyə üçün fəlakət siqnalı VERİLDİ
1754
05 Feb 2025 | 11:02

Türkiyə üçün fəlakət siqnalı VERİLDİ

“Türkiyəni Marmara bölgəsində gözlənilən zəlzələ təxminən 7,5 bal gücündə olacaq və 2 dəqiqəyə yaxın davam edəcək”.
 
globalinfo.az xəbər verir ki, bunu türk seysmoloq Naci Görür deyib.
 
O, yaxınlaşan zəlzələ nəticəsində İstanbulda milyonlarla insanın həlak olacağını bildirib:
 
“Hesablamalarıma görə, 100 minə yaxın bina zərər görəcək. Yəni  bu, 4 milyon insanın həyatının təhlükədə olduğu mənasına gəlir. İstanbul, ümumilikdə Marmara bölgəsi bundan çox ciddi şəkildə zərər görəcəklər. Binaların infrastrukturu kifayər qədər yaxşı deyil, çox insan faciənin qurbanı olacaq. Aidiyyatı orqanlar təcili şəkildə hərəkətə keçməli və məsələ ilə bağlı hazırlıq işlərinə başlamalıdırlar. Marmara zəlzələsinə hazırlıqsız yaxalanmağım fəlakətlə nəticələnəcək. Binaların təməli möhkəmləndirilməlidir”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər