Hacı Şahinin qardaşından deputata SƏRT CAVAB – Onun içərisində…
Gündəm
1747
27 Jan 2025 | 22:06

Hacı Şahinin qardaşından deputata SƏRT CAVAB – Onun içərisində…

Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib. İclasda yas mərasimindəki davranışlar müzakirə olunub. Komitənin üzvü deputat Tənzilə Rüstəmxanlı tənqidi yanaşma ilə çıxış edib. O çıxışında şəhidlərlə bərabər Hacı Şahinə də salavat gətirilməsinə etiraz edib.
 
Modern.az məsələ ilə əlaqədar Hacı Şahinin qardaşı Hacı Elçinlə əlaqə saxlayıb.
 
Saytımıza açıqlamasında Hacı Elçin deputatın iradına belə cavab verib:
 
“Deputat buna pis baxır, qoy pis baxsın. Bu, onun şəxsi yanaşmasıdır.  Belə şeylərdən uzağam. Qardaşımın ruhuna salavat çevirmələri mənim üçün xoşdur. Adi adam üçün də salavat çevirirlər. Rəhmətə gedənin ruhuna salavat çevirərlər. Onun içərisində nə xarablıq var ki, elə fikirləşir? Özü bilər”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər