Canlı efirdə tanınmış aparıcıya ölüm cadusu edildi
Gündəm
794
09:45, Bu gün

Canlı efirdə tanınmış aparıcıya ölüm cadusu edildi

Türkiyənin ən çox izlənilən proqramlarından biri olan “Müge Anlı ilə Tatlı Sert” verilişində qeyri-adi və bir o qədər də sarsıdıcı bir hadisə baş verib.
 
Özünü peyğəmbər elan edən bir qadın canlı yayımda çıxış edərək qeyri-real iddialar irəli sürüb və həm aparıcıya, həm də izləyicilərə qarşı təhdidlər səsləndirib. Bu hadisə yalnız efirdə deyil, həm də sosial mediada geniş müzakirələrə səbəb olub.
 
Hadisənin ən diqqətçəkən məqamlarından biri qadının Müge Anlıya qarşı açıq şəkildə təhdidlər etməsi olub.
 
 “Mən sənə ölüm sehrini etmişəm” deyə qadın bildirib.  Axşam saatlarında daha çox həyəcan olacağını vəd edərək hamını təhdid edən bu qadının sözləri studiya iştirakçıları arasında böyük gərginlik yaradıb. Aparıcı Müge Anlı isə təmkinli davranaraq bu təhdidlərə sərt cavab verib və hüquq-mühafizə orqanlarını məsələyə müdaxilə etməyə çağırıb.
 
Canlı yayım zamanı diqqət çəkən başqa bir detal isə qadının müridlərindən birinin kresloya nəsə yerləşdirməsi oldu. Bu hərəkət efiri izləyən tamaşaçılar və proqram iştirakçıları tərəfindən dərhal fərq edilib. Lakin həmin əşyaların nə olduğu və məqsədi hələ də müəmmalıdır. Bu vəziyyət hadisənin araşdırılmasını bir daha zəruri edir.
 
Hadisədən dərhal sonra hüquq-mühafizə orqanları hərəkətə keçərək qadını həbs edib. Onun iddialarının araşdırılması, müridlərindən alınan ifadələr və hadisənin digər detallarının üzə çıxarılması üçün geniş miqyaslı təhqiqat başladılıb. Hadisənin hüquqi tərəfləri ilə yanaşı, ictimai təsiri də müzakirə mövzusuna çevrilib.
 
Link kopyalandı!
Son xəbərlər