Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verdiyimiz kimi, İmişlidə baş vermiş yol qəzasında xəsarət alan məktəbli Bakıda xəstəxanada vəfat edib.
Moderator.az “Unikal”a istinadən məlumatına görə, 26 fevral 2015-ci il təvəllüdlü Əlizadə Məhbubə Coşqun qızı bu gün doğulduğu Yalavac kəndində dəfn olunacaq.
Məhbubə ailədə 5 uşaqdan sonuncusu idi. Onun anası Vahidə Əlizadə Məhbubənin hələ bir yaşı tamam olmamış - 10.02.2016 tarixində xəstəlikdən həyatını itirib.
Qeyd edək ki, hadisə nəticəsində 3 məktəbli ölüb, bir nəfər isə xəsarət alıb.