Yeni Maliyyə naziri Sahil Babayev OLACAQ? - Təcili Məlumat Yayıldı
Gündəm
472
10:58, Bu gün

Yeni Maliyyə naziri Sahil Babayev OLACAQ? - Təcili Məlumat Yayıldı

Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Maliyyə naziri vəzifəsinə təyin ediləcəyi ehtimal olunur.
 
Bu barədə hökumətdəki mənbələrdən “Gününsəsi”nə məlumat daxil olub.
 
Mənbələrin iddialarına əsasən, hökumət yalnız Maliyyə Nazirliyində deyil, həm də digər əsas dövlət qurumlarında ciddi struktur dəyişiklikləri planlaşdırır. Belə ki, Maliyyə Nazirliyi, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin birləşdirilməsi ilə vahid dövlət gəlirləri qurumunun yaradılması müzakirə olunur. Yeni qurumun büdcə gəlirlərinin mərkəzləşdirilmiş idarə olunmasını təmin etməsi nəzərdə tutulur.
 
Bir sıra ölkələrdə dövlət gəlirlərinin mərkəzləşdirilmiş şəkildə idarə olunması praktikası tətbiq edilir. Görünür, Azərbaycan hökuməti də bu modeli əsas götürərək daha effektiv idarəetmə mexanizmi yaratmaq niyyətindədir. Əgər bu islahat reallaşarsa, Maliyyə Nazirliyi və digər müvafiq qurumlar yeni yaradılacaq vahid strukturun tərkibində fəaliyyət göstərəcək.
 
Məlumat hələlik rəsmi təsdiqini tapmsa da yaxın vaxtlarda hökumət tərəfindən rəsmi açıqlama veriləcəyi gözlənilir.
Link kopyalandı!
Son xəbərlər