Bizi sosial şəbəkələrdən izləyin:
Özbəkistanın milli aviakompaniyasının bir pilotu Azərbaycana hörmət və qardaşlıq jesti olaraq Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsinin uçuş marşrutunu təkrarlayıb. Bu unudulmaz hərəkət Azərbaycan ictimaiyyətində böyük təşəkkür və minnətdarlıqla qarşılanıb.
Moderator.az musavat.com-a istinadən bildirir ki, hadisə ilə bağlı Azərbaycan rəsmiləri və ictimaiyyəti Özbəkistana, onun xalqına, siyasi rəhbərliyinə və şəxsən Prezident Şövkət Mirziyoyevə xüsusi təşəkkürlərini bildiriblər.
Onların mesajında qeyd edilib:
“Bu günlərdə bizimlə olan hər kəsə təşəkkür edirəm. Xüsusi təşəkkürlərimi Özbəkistana, onun xalqına, siyasi rəhbərliyinə və şəxsən Prezident Mirziyoyevə çatdırmaq istəyirəm. Özbək aviaşirkətinin pilotu Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulduğu uçuş marşrutunu təkrarlayıb. Qardaşım, sənə böyük təşəkkür edirəm. Katta Raxmat!”
Bu jest həm Özbəkistan-Azərbaycan dostluq münasibətlərinin güclü bağlarını, həm də regionda qardaşlıq və həmrəyliyin nümunəsini göstərir. Azərbaycan xalqı bu diqqətli və mənalı addımı yüksək qiymətləndirir və Özbəkistanın qardaşlıq münasibətinə dərin minnətdarlığını ifadə edir.
Görüntüləri aşağıdakı telegram kanalı linkindən izləyə bilərsiniz: