“Qarşıma ağ paltarlı balaca bir qız çıxdı...”
Gündəm
1875
29 Dec 2024 | 09:05

“Qarşıma ağ paltarlı balaca bir qız çıxdı...”

Qazaxıstan Hava Hücumundan Müdafiə qüvvələrinin Aktauda yerləşən aviasiya bazasının hərbçisi Nurlan Botaqarin AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra insanların xilas edilməsinin təfərrüatlarını bölüşüb.
 
Botaqarin təyyarə qəzasının baş verdiyi gün növbədə olduğunu deyib və hadisə yerə ilk gələnlərdən biri olub.
 
Hərbçinin sözlərinə görə, təyyarənin düşdüyünü görən kimi zərərçəkənlərə kömək etmək üçün dərhal qəza yerinə gedib.
 
O deyib ki, təyyarənin arxa qapısını açaraq insanları çıxarmağa başlayıb:
 
"Təyyarənin qəribə şəkildə uçduğunu görəndə başa düşdüm ki, nasazlıq var. Təyyarə yerə düşəndə dərhal maşına minib qəza yerinə getdim. Əvvəlcə 10-a yaxın sərnişini olan kiçik bir təyyarə olduğunu düşündüm. Amma orada çoxlu adam var idi. Qarşıma ağ paltarlı balaca bir qız çıxdı. Mən sarsılmışdım. İnsanları çıxarmağa çalışarkən gördüm ki, xilasedicilər və təcili yardım köməyə gəlib. Onlar yanğını söndürməyə və insanları təxliyə etməyə başladılar. Hesab edirəm ki, əlimdən gələni etmişəm", - Botaqarin bildirib.
 
Fotoda Nurlan Botaqarin
 
 
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
 
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. 
 
Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb./qafqazinfo
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər