Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstanda baş verən təyyarə qəzası ilə bağlı cinayət işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatına ötürülüb.
Bu barədə TASS agentliyinə komitədən məlumat verilib.
“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) ilə Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi tərəfindən başlanmış cinayət işi hərtərəfli araşdırılması üçün Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə verilib”, – deyə məlumatda bildirilib.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, iş üzrə təcrübəli müstəntiqlər, kriminalistlər və aviasiya hadisələrinin araşdırılmasında ixtisaslaşmış ekspertlərdən ibarət istintaq-operativ qrup yaradılıb.
Cinayət işi çərçivəsində qəzanın başvermə şəraiti və səbəblərinin müəyyənləşdirilməsi üçün bütün zəruri tədbirlər görülür”, – deyə məlumatda qeyd edilib.
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Qroznıda operativ müşavirə keçirərək, Aktau yaxınlığında baş verən təyyarə qəzasının araşdırılması barədə hesabat dinləyib.