“Bizim ailənin üzvü Rəşad Atakişiyev də təyyarə qəzası nəticəsində şəhid olub. O, həlak olan zaman idarə etdiyi MİQ-29 təyyarəsinin də quş sürüsü ilə toqquşduğu deyilirdi. Hələ də inana bilmirəm ki, Rəşadın təyyarəsini quş sürüsü sıradan çıxarsın. Rəşadın təyyarəsinin quş sürüsü ilə qarşılaşması inandırıcı deyil”.
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, bunu politoloq Qabil Hüseynli kürəkəni, hərbi pilot polkovnik-leytenant Rəşad Atakişiyevin təyyarə qəzasında şəhid olmasından danışarkən deyib.
![]()
“Rəşad sürətli qırıcı təyyarənin sürücüsü idi. Qırıcı təyyarənin gövdəsi və şüşəsi ilə sərnişin təyyarəsi eyni deyil. Sərnişin təyyarəsinin quş sürüsü ilə qarşılaşma ehtimalı daha çoxdur. Rəşad isə gecə 12-yə işləmiş uçuş edib. Həmin vaxtlar Xəzər üzərində quşlar olmur, onlar yatır. Bakı-Qroznı reysini yerinə yetirən təyyarə isə quşların oyaq vaxtı baş verib. Ona görə də belə bir ehtimal qəbul olunandır”, - o bildirib.
Qeyd edək ki, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.