Bizi sosial şəbəkələrdən izləyin:
"Azərbaycanın Rusiya təbii qazını Qərbə satmağına dair iddialar açıq-aydın dezinformasiyanın bariz nümunəsi oldu. Azərbaycan Rusiya qazını Qərbə satmır".
Moderator.az APA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda STRATCOM-2024 çərçivəsində Azərbaycana həsr olunmuş paneldə bildirib.
Hikmət Hacıyevin sözlərinə görə, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı zamanı da Azərbaycana qarşı çox sayda dezinformasiya qeydə alınıb.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan süni intellektdən istifadə edərək dezinformasiya ilə mübarizə aparıb.
Hikmət Hacıyev vurğulayıb ki, müharibənin bitməsinə baxmayaraq, Azərbaycana qarşı dezinformasiya siyasəti davam etdirilir və Azərbaycan bu məsələni Ermənistanla danışıqlar zamanı qarşı tərəfin diqqətinə çatdırır.
Prezidentin köməkçisi əlavə edib ki, dezinformasiya kampaniyaları Bakıda keçirilən COP29-la da bağlı aparılıb.
Hikmət Hacıyev onu da diqqətə çatdırıb ki, Türkiyə və Azərbaycan ikitərəfli formatda və TDT çərçivəsində süni intellekt sahəsində də əməkdaşlıq edir.